Azərbaycan Ağır Atletika Federasiyası 2 ilədək cəzalandırıla bilər

Azərbaycan Ağır Atletika Federasiyası 2 ilədək cəzalandırıla bilər "Federasiya ağırlıqqaldıranların dopinqdən uzaq olmaları üçün böyük işlər görür"
Fərdi
9 Sentyabr , 2017 13:18
Azərbaycan Ağır Atletika Federasiyası 2 ilədək cəzalandırıla bilər

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 1 ildən 2 ilədək diskvalifikasiya oluna bilər. 

Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.

Onun sözlərinə görə, milli komandanın ən azı 5 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi səbəbindən AAAF-a cəza gələcəyi gözlənilir. Azərbaycanla yanaşı, daha 8 ölkənin məsələsinə 11-12 sentyabrda Macarıstanın paytaxtı Budepeştdə xüsusi komissiyanın iclasında baxıldıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraedici Şurası 30 sentyabr - 1 oktyabrda qərarını açıqlayacaq.

Ş.Hüseynli hazırda 1 illik cəzalanma məsələsinin müzakirə olunduğunu bildirib. O, AAAF-ın son zamanlar ağırlıqqaldıranların dopinqdən uzaq olmaları üçün böyük işlər gördüyünü söyləyib: "Ümid edirik ki, bunları nəzərə alaraq, Azərbaycana güzəşt ediləcək".

Qeyd edək ki, sanksiya tətbiq olunsa, Azərbaycan ağırlıqqaldırma yığması 27 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına qatılmayacaq. Cəzalandırılacağı gözlənilən digər ölkələr Rusiya, Qazaxıstan, Ermənistan, Belarus, Moldova, Ukrayna, Türkiyə və Çindir. 

Son xəbərlər

Orphus sistemi