Şarl Lekler və Maks Ferstappen Bakıda ağac əkdi

Şarl Lekler və Maks Ferstappen Bakıda ağac əkdi Tədbir Hilton otelinin həyətində gerçəkləşib
Fərdi
5 İyun , 2021 19:41
Şarl Lekler və Maks Ferstappen Bakıda ağac əkdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində iştirak edən "Ferrari"nin pilotu Şarl Lekler və "Red Bull"un sürücüsü Maks Ferstappen Bakıda ağacəkmə aksiyasında iştirak edib.

"Report"un məlumatına görə, tədbir Hilton otelinin həyətində gerçəkləşib.

Ağacəkmədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov və Milli Məclisin deputatı Nigar Arpadarai də iştirak edib.

Aksiya "5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü"nə həsr olunub.

Qeyd edək ki, Şarl Lekler bu gün sıralama turunda qalib olub. Ferstappen isə iyunun 4-də ilk sərbəst yürüşdə finişə birinci çatıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi