Yuxarı

Şahmat üzrə İddiaçılar Turnirinin qalibi müəyyənləşib

Dünya çempionluğu uğrunda qarşılaşma Maqnus Karlsenlə Sergey Karyakin arasında keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə İddiaçılar Turnirinin qalibi müəyyənləşib. "Report"un məlumatına görə, sonuncu turda rusiyalı Sergey Karyakin ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuananı yenərək, 8,5 xalla birinci yeri tutub.

Bununla da Karyakin dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə qarşılaşmaya vəsiqə qazanıb. Həmin görüşlər 10 - 30 noyabrda ABŞ-ın Nyu-York şəhərində olacaq.

Hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand isə Karuana ilə birgə 7,5 xalla 2-3-cü yerləri bölüşdürüb. 8 şahmatçının dairəvi sistemlə 2 dövrəlik mübarizəsinə Azərbaycanın heç bir təmsilçisi qatılmayıb.

Qeyd edək ki, Sergey Karyakin 2015-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunda da qalib olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi