Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.
"Report"un məlumatına görə, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Hindistan-2 - Azərbaycan
Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov
Nixal Sarin - Rauf Məmmədov
Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli
Raunak Sadvani - Nicat Abbasov
Qadınlar
Azərbaycan - Monqolustan
Günay Məmmədzadə - Enhtul Altan-Ulzi
Xanım Balacayeva - Bayarjarqal Bayarmaa
Gövhər Beydullayeva - Turmunk Munheul
Gülnar Məmmədova - Bat-Erdene Munquneul
Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.