“Şahdağ”da "Heydər Əliyev Kuboku" təşkil edilib

“Şahdağ”da "Heydər Əliyev Kuboku" təşkil edilib Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında Heydər Əliyev Kuboku təşkil edilib.
Fərdi
10 Fevral , 2024 12:17
“Şahdağ”da Heydər Əliyev Kuboku təşkil edilib

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" təşkil edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, idman tədbirində “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və qeydiyyatdan keçən 6 müxtəlif yaş kateqoriyası üzrə idmançılar qatılıblar.

Tədbirdə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparırlar.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir.

Onu da qeyd edək ki, yarışların sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediləcək.

"Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi