Rüstəm Orucov Parisdə yox, Bakıda çıxış edəcək

Rüstəm Orucov Parisdə yox, Bakıda çıxış edəcək "Zədəmi yenicə sağaltmışam. Hazırda 80 faiz hazırlıqlı olduğumu deyə bilərəm. Bərpa olunmağa və məşq etməyə başlamışam. Daha bir tsikldə mübarizə aparacağımı düşünürəm".
Fərdi
7 Oktyabr , 2021 15:21
Rüstəm Orucov Parisdə yox, Bakıda çıxış edəcək
Rüstəm Orucov

"Zədəmi yenicə sağaltmışam. Hazırda 80 faiz hazırlıqlı olduğumu deyə bilərəm. Bərpa olunmağa və məşq etməyə başlamışam. Daha bir tsikldə mübarizə aparacağımı düşünürəm".

"Report"un məlumatına görə, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı idmançı bərpa olunduqdan sonra ilk yarışının Bakıda keçiriləcək Böyük Dəbilqəyə təsadüf edəcəyini bildirib: "16-17 oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqəyə zədə üzündən gedə bilməyəcəyəm. 5 - 7 noyabrda Bakıda təşkil olunacaq analoji yarışadək bərpa olunacağımı və doğma publika önündə çıxış edə biləcəyimi düşünürəm".

Orucov milli komandanın yeni məşqçilər heyəti ilə çalışmağın asan və xoş olduğunu söyləyib: "Yeni məşqçilərimiz Mövlud Mirəliyev, Elçin İsmayılov və Elxan Rəcəbli dünya səviyyəlidirlər. Onlarla işləmək asan və xoşdur. Çünki özləri məni, mən isə onları tanıyıram. İndi yüklənmələr əvvəlkindən iki qat artıqdır. Mirəliyev elə bir insandır ki, idmançıların imkanlarından xəbərdardır. Ona görə də yüklənməni çox yaxşı verir".

Təcrübəli cüdoçunun sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarından medalsız qayıtdıqdan sonra növbəti yarışlara köklənmək çətin və ağır olub: "Olimpiadadan sonra toparlanmaq ağır idi. Amma qaləbənin dadı məğlubiyyətlər olmadan hiss edilmir. Qorxulu bir şey yoxdur, özümüzü yenə göstərəcəyik".

Orucov Paris-2024-dək onu xeyli yarışın gözlədiyini diqqətə çatdırıb: "3 dünya və 3 Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunları olacaq. Ona görə də növbəti olimpiadaya kökləndiyimi deməyim üçün tezdir. Hələlik özümü dünya çempionatı və İslamiadada göstərmək niyyətindəyəm".

Son xəbərlər

Orphus sistemi