Yuxarı

Rövnəq Abdullayev: "Əsas məqsədimiz Rio-2016-ya lisenziya qazanmaqdır"

Azərbaycan çox böyük yarışa ev sahibliyi edir

Bakı. 7 may. REPORT.AZ/ "Azərbaycan çox böyük yarışa ev sahibliyi edir. Hər şeyi yüksək səviyyədə etməyə çalışırıq". "Report"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirindən söz açan R.Abdullayev yarışın son günündə azərbaycanlı idmançıların daha çox medal qazanacağına inandığını bildirib: "Çox böyük bir turnirdir. Əsas məqsədimiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Hələ ki, "Böyük dəbilqə"də iki cüdoçumuz medal qazanıb. İnanıram ki, sabah - yarışın son günündə medalların sayı artacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi