Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib “Qızıl top”un beşqat sahibi Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalamayıb
Fərdi
7 Dekabr , 2022 04:52
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

“Qızıl top”un beşqat sahibi Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalamayıb.

“Report” xəbər verir ki, bu barədə hücumçunun şərhini “Record” nəşri çatdırıb.

Ronaldu “Əl Nəsr”lə müqavilə ilə bağlı sualı belə cavablandırıb: “Xeyr, bu, doğru deyil”.

Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır. Daha öncə İspaniyanın “Marca” qəzeti portuqaliyalı hücumçunun “Əl Nəsr”lə müqavilə bağladığını və transferin yanvarın 1-də baş tutacağını yazıb. Belə ki, reklam razılaşmaları nəzərə alınmaqla 2,5 mövsüm üçün müqavilə üzrə ödənişlərin ümumi məbləği 200 milyon avroya çatacaqdı ki, bu da Ronaldunu dünyanın ən çox maaş alan idmançısı edəcəkdi.

Son xəbərlər

Orphus sistemi