“Roma”nın futbolçusu koronavirusa yoluxdu

“Roma”nın futbolçusu koronavirusa yoluxdu İtaliyanın “Roma” futbol klubunun və Qvineya millisinin yarımmüdafiəçisi Amadu Diavara koronavirusa yoluxub.
Fərdi
12 Oktyabr , 2020 22:55
“Roma”nın futbolçusu koronavirusa yoluxdu
Amadu Diavara

İtaliyanın “Roma” futbol klubunun və Qvineya millisinin yarımmüdafiəçisi Amadu Diavara koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə futbolçu özünün “İnstagram” səhifəsində yazıb.

“Millidən qayıdandan sonra koronavirusla bağlı verdiyim testin nəticəsini aldım. Təəssüf ki, nəticə müsbətdir. Məni tanıyan bütün insanlara bildirmək istəyirəm ki, səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Karantinə getməyə məcburam”.

Qeyd edək ki, dünyada 37 milyondan çox şəxs koronavirusa yoluxub. Yoluxan insanların 1 milyondan çoxu dünyasını dəyişib. İtaliyada isə koronavirusa yoluxanların sayı 345 mindən çoxdur.

Son xəbərlər

Orphus sistemi