Rocer Federer 6-cı dəfə "Australian Open" yarışının qalibi olub
Fərdi
- 28 yanvar, 2018
- 13:06
Bakı. 28 yanvar. REPORT.AZ/ İsveçrəli tennisçi Rocer Federer mötəbər "Australian Open"in birinci “Böyük dəbilqə" seriyası mövsümündə ilk yarışın qalibi olub.
"Report" TASS-a istinadən xəbər verir ki, finalda R.Federer xorvatiyalı Marin Çiliçə üstün gəlib. Oyun 6:2, 6:7 (5:7), 6:3, 3:6, 6:1 hesabı ilə dünyanın ikinci raket ustasının xeyrinə bitib. Final matçı 3 saat 6 dəqiqə davam edib.
Yarışın ümumi uduş fondu 43 milyon dollardır. 36 yaşlı Federer üçün bu, karyerasında sayca 6-cı “Australian Open” yarışı və ümumilikdə 96-cı qalibiyyət olub. İsveçrəlinin "Böyük dəbilqə" seriyasında 20 qələbəsi var.
Qeyd edək ki, ötən il Uimbldonda "Böyük dəbilqə" seriyasının finalında da R. Federer xorvatiyalı idmançını yenib.
Son xəbərlər
12:11
"Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb
Energetika12:08
İstehsalçılar özləri ətraf mühitə təsirin qiymətləndirilməsini müəyyən edəcəklər
Sənaye12:02
Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY
Elm və təhsil11:58
Foto
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Daxili siyasət11:57
Yaponiyada torpaq sürüşmələri nəticəsində ölənlərin sayı dördə çatıb - YENİLƏNİB
Digər ölkələr11:55
Fərid Məmmədov: Bu il ADEX tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim ediləcək
Hərbi11:55
"Tottenhem" Mauro İkardini transfer etməyəcək
Futbol11:54
"Abşeron Logistika" maliyyə vəziyyətini açıqlayıb
Biznes11:51