Ramil Quliyev: “Atatürk oyandı" desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”

Ramil Quliyev: “Atatürk oyandı" desələr, İstanbuldan Ankaraya bir saata qaçaram” 27 yaşlı sprinter “Twitter” hesabı vasitəsi ilə Türkiyə Cumhuriyyətinin qurucusuna ehtiramını göstərib
Fərdi
10 Noyabr , 2017 12:44
Ramil Quliyev: “Atatürk oyandı desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Mustafa Kamal Atatürkün vəfatının 79-cu il dönümü ilə əlaqədar paylaşım edib. “Report” xəbər verir ki, 27 yaşlı sprinter 10 noyabrda dünyasını dəyişən Türkiyə Cumhuriyyətinin qurucusuna “Twitter” hesabı vasitəsi ilə ehtiramını göstərib.

“Atatürk oyandı desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”, - deyə R.Quliyev yazıb.

Qeyd edək ki, Ramil Quliyev bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, həmin çempionluqdan sonra “Twitter”də “Mən türkəm, Atatürkün övladıyam” yazıb.

Son xəbərlər

Orphus sistemi