Rafael Ağayev: "Heç bir rəqibim üçün hədiyyə deyiləm"

Rafael Ağayev: "Heç bir rəqibim üçün hədiyyə deyiləm" "Nəinki olimpiadada, hər yarışda medal qazanan idmançıdan yüksək nəticə gözləyirlər. Uğur qazanmaq istəyirsənsə, nəyisə qurban verməlisən".
Fərdi
135
22 İyun , 2021 15:28
Rafael Ağayev: Heç bir rəqibim üçün hədiyyə deyiləm
Rafael Ağayev

"Nəinki olimpiadada, hər yarışda medal qazanan idmançıdan yüksək nəticə gözləyirlər. Uğur qazanmaq istəyirsənsə, nəyisə qurban verməlisən".

"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı üzərində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib: "Hazırlığımız Türkiyənin İstanbul şəhərində keçir. Bir neçə gündən sonra yenidən oraya yollanacağam. Olimpiadada özümə və komandamıza güvənirəm. Tokioya qızıl medal üçün gedirəm".

Ağayev ümidləri doğrultmağa çalışacağını sözlərinə əlavə edib: "Çox az zaman qalıb. Vaxt azaldıqca həyəcan artır. Hamı düşünür ki, Rafaelin karyerasının sonudur, qocalıb. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma hər şeyi bilən Allahdır. Olimpiadada ən çətin rəqibim yapon Ken Nişimura və italyan Luici Buzadır. Yaponla döyüşüm alınmır. Heç biri zəif deyil. Amma mən də heç bir rəqibim üçün hədiyyə deyiləm. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi