Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"

Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi" Bizim üçün bu tədbir önəmli idi.
Fərdi
19 Oktyabr , 2024 11:05
Qış İdman Növləri Federasiyasının baş katibi: Bizim üçün bu tədbir önəmli idi
Günel Bədəlova

Bizim üçün bu tədbir önəmli idi.

"Report"un məlumatına görə, bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi Azərbaycanda qış idman növlərinin inkişafı ilə bağlı addımlar atıldığını bildirib:

"Bildiyiniz kimi, Azərbaycan Qış İdmanı Növləri Federasiyası iki il öncə Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv qəbul edilib. Artıq bu ildən başlayaraq Azərbaycanda qış idmanı növlərinin inkişafı ilə bağlı müvafiq addımlar atılır. Bilirsiniz ki, martda Azərbaycan tarixində ilk dəfə xizək alpinizmi üzrə beynəlxalq seriya yarışı təşkil edilmişdi. Yanvarda Şahdağ Turizm Mərkəzində xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan ilk dəfə bu tədbirə ev sahibliyi edəcək. Hədəfimiz həmçinin dünya çempionatıdır. Bu istiqamətdə də müvafiq işlər aparılır".

Qeyd edək ki, gələn ilin yanvarında Azərbaycanda xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək.

Son xəbərlər

Orphus sistemi