11 ildən çoxdur uzun məsafəyə qaçış ilə məşğul oluram.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Milli Parkda təşkil olunan "Qələbə qaçışı"nın qalibi olmuş "Vikinq" klubunun üzvü Elman Abışov deyib.
O, uzunmüddətli zədədən qayıtdığını deyib:
"11 ildən çoxdur uzun məsafəyə qaçış ilə məşğul oluram. Dəfələrlə ölkə çempionatlarının qalibi və mükafatçısı olmuşam. Həmçinin ilk "Qələbə qaçışı"nın qalibi adını qazanmışam. İndi də qalib gəlmək mənə qismət oldu. Qələbəmi şəhid və qazilərimizə həsr edirəm. Uzunmüddətli zədədən sonra sağalıb yenidən yarışlara qatıldım. Rəqiblərim bu gün yaxşı performans göstərdilər. Qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Məşqçimə, dostlarıma, mənə inanan hər kəsə təşəkkür edirəm. Hər birinə uğurlar arzulayıram".