Qazaxıstanlı ikiqat olimpiya çempionu qazandığı qızıl medallardan məhrum olub

Qazaxıstanlı ikiqat olimpiya çempionu qazandığı qızıl medallardan məhrum olub İdmançının orqanizmində istifadəsi qadağan olunmuş preparat izləri aşkarlanıb
Fərdi
23 Noyabr , 2016 12:07
Qazaxıstanlı ikiqat olimpiya çempionu qazandığı qızıl medallardan məhrum olub

Bakı. 23 noyabr. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə qazaxıstanlı olimpiya çempionu İlya İlyin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb. 

"Report"un Qazaxıstan Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum olub. 94 kq çəkidə çıxış edən İ.İlyinin A və B nümunələrinin təkrar analizindən sonra dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş preparat izləri aşkarlanıb. İdmançının olimpiadada qazandığı medal və diplomlarının alınması ilə yanaşı, nəticələrin də ləğv edilməsinə qərar verilib.

Diskvalifikasiya müddəti barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası çıxaracaq. 

Qeyd edək ki, "Pekin-2008"də Azərbaycanı ağırlıqaldırma növü üzrə 94 kq çəki dərəcəsində Nizami Paşayev, "London-2012"də isə İntiqam Zairov təmsil edib. Lakin hər iki atlet dopinq-testdən keçə bilməyib.  

Son xəbərlər

Orphus sistemi