"Prezident Kuboku-2025”: Azərbaycan avarçəkənləri daha yeddi medal qazanıblar

Fərdi
  • 02 may, 2025
  • 12:07
Prezident Kuboku-2025”: Azərbaycan avarçəkənləri daha yeddi medal qazanıblar

Azərbaycan avarçəkənləri Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha yeddi medal qazanıblar.

"Report"un reqataya ezam olunan əməkdaşının məlumatına görə, yarış Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başa çatıb.

2009-2010 təvəllüdlü idmançılardan İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş, Vacib Babayev/Nuran Rəhimli dueti isə bürünc medal əldə edib.

2011-2012 təvəllüdlülərdən eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti isə bürünc medala sahib çıxıb.

2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü akademik avarçəkmədə gümüş mükafat qazanıb.

2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə kayak növündə 1000 metr məsafəyə yarışda qızıl medalçı olub.

2007/2008 təvəllüdlü avarçəkənlərdən Elvin Əliyev/Niyaz Məlikov cütü kayak yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 8 medal (4 gümüş, 4 bürünc) qazanıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti