Pekin-2022: Azərbaycan təmsilçisinin finalda sıra nömrəsi bəlli olub

Pekin-2022: Azərbaycan təmsilçisinin finalda sıra nömrəsi bəlli olub Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabovanın Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
Fərdi
16 Fevral , 2022 13:26
Pekin-2022: Azərbaycan təmsilçisinin finalda sıra nömrəsi bəlli olub

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabovanın Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı 10-cu sırada məharətini göstərməyə çalışacaq.

Yarış fevralın 17-də Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Ryabova qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi