Pekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 16-cı olub

Pekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 16-cı olub Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fərdi
15 Fevral , 2022 18:40
Pekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 16-cı olub

Pekin-2022 Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Yekaterina Ryabova 30 idmançı arasında 61,82 xalla 16-cı olub.

19 yaşlı idmançı "24-lüy"ə düşdüyündən fevralın 17-də sərbəst proqramda iştirak hüququ qazanıb.

Qısa proqramda birinci yeri Rusiya Olimpiya Komitəsinin təmsilçisi Kamilə Valiyeva tutub. Adı dopinq qalmaqalında hallanan tatarıstanlı idmançı 82,16 xal toplayıb. Onun həmyerlisi Anna Şerbakova 80,20 xalla ikinci, yaponiyalı Kaori Sakamoto isə 79,84 xalla üçüncü olub.

17:37

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı qısa proqramda 61,82 xala layiq görülüb və hazırda 10-cu sıradadır.

Çıxışlara başlamayan cəmi 6 iştirakçı qaldığından, Ryabova ən yaxşı 24 iştirakçı arasına düşməyi təmin edib. Konkisürən fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq.

17:32

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı qısa proqramda məharətini göstərməyə başlayıb.

Ryabova Bakı vaxtı ilə saat 14:00-da start götürən yarışda buz üzərinə 24-cü çıxıb.

Konkisürən ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi