Yuxarı
    Bağlamaq

    Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib

    EOC prezidenti 435 min avro girov qoymalıdır

    Bakı. 17 noyabr. REPORT.AZ/ Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib. "Report"un "France Presse" agentliyinə istinadən məlumatına görə, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

    71 yaşlı funksioner 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunub. Ona qarşı "Rio-2016" biletlərinin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ötən ay Hikkinin ürək əməliyyatına ehtiyac duyduğu müəyyənləşib. Məhkəmənin ona Braziliyanı tərk etmək üçün icazə verməsi də məhz bununla əlaqədar olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi