Paris-2024-də iştirak edəcək hakimlərin siyahısında yer almağım qürurvericidir
Bunu "Report"a açıqlamasında Azərbaycanın güləş hakimi Asif Şirəliyev deyib.
Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışlarına təyinat alan referi buna görə sevincli olduğunu bildirib: "Paris-2024 Yay Olimpiya Oyunları hakimlərinin sırasında mənim də adımın olması çox qürururverici hadisədir. Buna görə çox sevincliyəm. Azərbaycanı ən yaxşı hakim kimi Fransada layiqincə təmsil etməyə çalışacağam. Ardıcıl ikinci dəfə olimpiadaya dəvət almağım sevindirici olmaqla yanaşı, çox məsuliyyətli bir işdir. Bu işdə mənə güvənən və yanımda olan hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, bu, A.Şirəliyevin ilk olimpiada təcrübəsi deyil. 43 yaşlı ədalət təmsilçisi Tokio-2020-də də hakim qismində iştirak edib.