Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız bitirib - YENİLƏNİB

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız bitirib - YENİLƏNİB Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fərdi
8 Avqust , 2024 20:35
Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız bitirib - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.

Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

14:10

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.

Rzazadə rəqibinə məğlub olub - 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi