Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2
- 30 avqust, 2024
- 20:42
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
"Report"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.
Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Azərbaycanın Paris-2024-də əldə etdiyi ikinci medal olub.
Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.
21:27
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.
Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, İ.Xəlilov həlledici görüşdə türkiyəli Fatih Çəliklə qarşılaşacaq.
15:23
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gəlib.
Rəqibinə 12:2 hesabı ilə qalib gələn Xəlilov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.