Yuxarı

Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Azərbaycanın əsas yığması ilə məşqlərə başlayıb

İkiqat paralimpiya çempionu Braziliyada təlim-məşq toplanışındadır

Bakı. 6 yanvar. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası Braziliyanın San-Paulu şəhərində təlim-məşq toplanışına başlayıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlıq prosesinə baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında 15 cüdoçu qatılıb. 

Bunlar İlqar Müşkiyev, Orxan Səfərov, Hidayət Heydərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Hüseyn Rəhimli, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kakouri və Əlixan Həsənovdur. Bundan başqa, paralimpiyaçı cüdoçu İlham Zəkiyev də yığma ilə birgə Braziliyadadır.

Təlim-məşq toplanışı başa çatdıqdan dərhal sonra cüdoçular 22-24 yanvarda Kubada keçiriləcək Qran-Priyə qatılacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi