Polşalı olimpiya çempionu vəfat edib

Polşalı olimpiya çempionu vəfat edib Atlet 81 yaşında ölüb
Fərdi
30 Dekabr , 2015 13:04
Polşalı olimpiya çempionu vəfat edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Polşalı olimpiya çempionu Eljbeta Kşesinskaya vəfat edib. "Report"un məlumatına görə, o, 81 yaşında dünyasını dəyişib.

1956-cı ildə Avstraliyanın Melbrun şəhərində keçirilmiş XVI Yay Olimpiya Oyunlarında uzunluğa tullanma üzrə qızıl medal qazanmış Kşesinskaya 6.35 metr göstərici ilə dünya rekorduna imza atıb. Bundan 4 ildən sonra İtaliyanın paytaxtın Romada o, olimpiadanın gümüş medalına sahib çıxıb.

Kşesinskaya idmançı karyerasını başa vurduqdan sonra ABŞ-a yollanıb və orada yüngül atletika üzrə məşqçilik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə isə o, vətəni Polşaya qayıdıb.

Son xəbərlər

Orphus sistemi