Olimpiya çempionu medal qazanmaq üçün abort etdirib

Olimpiya çempionu medal qazanmaq üçün abort etdirib Keçmiş biatlonçu və xizəkçi Anfisa Reztsova 1988-ci ildə Kanadanın Kalqari şəhərindəki Qış Olimpiya Oyunlarından öncə başına gəlmiş xoşagəlməz hadisəni xatırlayıb.
Fərdi
9 Dekabr , 2020 22:07
Olimpiya çempionu medal qazanmaq üçün abort etdirib
Anfisa Reztsova

Keçmiş biatlonçu və xizəkçi Anfisa Reztsova 1988-ci ildə Kanadanın Kalqari şəhərindəki Qış Olimpiya Oyunlarından öncə başına gəlmiş xoşagəlməz hadisəni xatırlayıb.

"Report" xəbər verir ki, rusiyalı idmançı "sports.ru" nəşrinə açıqlamasında olimpiadadan əvvəl abort etdirdiyini bildirib.

O, buna medal qazanmaq üçün razılıq verdiyini söyləyib: "Həmin vaxt ölkənin medallara ehtiyacı var idi. Məşqçilər dedilər ki, o, hamilədir, amma uşağı dünyaya gətirməməlidir. Məni Estoniyadan qatarla Moskvaya, ginekoloji dispanserə göndərdilər. Xəstəxanada həkim bildirdi ki, həyat yoldaşınla məsləhətləş. Ərimdən soruşdum. Cavabı belə oldu: necə qərar versən, elə də olacaq. Məsuliyyəti öz üzərimə götürüb aborta razılıq verdim".

Reztsovanın sözlərinə görə, abortdan əvvəl İdman Komitəsinin qarşısına şərt qoyub: "Dedim ki, razıyam, amma mənə mənzil verin, valideynlərimizlə qalırıq. Bizə Ximkidə 2 otaqlı mənzil verdilər. Sonra isə Tanrı mənə 4 gözəl qız övladı bəxş etdi".

Qeyd edək ki, biatlon üzrə ikiqat olimpiya çempionu olan Anfisa Reztsova xizək yarışlarında da eyni titulu və 3 dəfə dünya birinciliyini qazanıb.

Son xəbərlər

Orphus sistemi