Yuxarı

Oleq Stepko: "Azarkeşləri sevindirə bildiyim üçün çox xoşbəxtəm"

Dünya Kuboku yarılarında 3 medal qazanan Azərbaycan atleti Oleq Stepko jurnalislərin suallarını cavablandırıb

Bakı. 21 fevral. REPORT.AZ/ "Çıxışımdan məmnun qaldım. Ancaq bundan artığına da nail ola bilərdim. Favorit hesab olunmadığım növlərdə finala vəsiqə qazandım. İstərdim ki, həmin növlərdə də mükafatçılar sırasında yer alım. Yarışlar zamanı bəzi səhvlərim də oldu. Onları aradan qaldırmağa çalışacağam".

Bu sözləri Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya Kuboku yarılarında 3 medal qazanan Azərbaycan atleti Oleq Stepko söyləyib.

Stepko bildirib: "Üç növdə medal qazandım. Bu ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Ən əsası azarkeşləri sevindirə bildim və Azərbaycanın himni səsləndirildi. Bunun üçün çox xoşbəxtəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi