Nurməhəmmədovun məşhur fəndini çəkən fotoqraf COVID-19-dan öldü - FOTO

Nurməhəmmədovun məşhur fəndini çəkən fotoqraf COVID-19-dan öldü - FOTO İdman fotoqrafı Entoni Kausi koronavirusdan dünyasını dəyişib.
Fərdi
14 Aprel , 2020 01:54
Nurməhəmmədovun məşhur fəndini çəkən fotoqraf COVID-19-dan öldü - FOTO

İdman fotoqrafı Entoni Kausi koronavirusdan dünyasını dəyişib.

"Report"un məlumatına görə, "New York Post" nəşri ilə əməkdaşlıq edən Kausi 48 yaşında vəfat edib. 

O, son 25 ildə fotoqraflıqla məşğul olub. KİV işçisi özündən sonra iki azyaşlı övladını yadigar qoyub.

Qeyd edək ki, Entoni Kausi martın 22-də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla UFC qarşılaşmasında qələbə fəndini lentə alıb. Həmin vaxt Nurməhəmmədov boğucu fəndlə qalib gəlib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada artıq 118 459 insan koronavirus pandemiyasının qurbanı olub. COVID-19 infeksiyasına yoluxanların sayı 1 904 566 nəfər təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi