Nəriman Abbasov: "UFC-də iştirakımla bağlı məsələ hələ də açıq qalıb"

Nəriman Abbasov: "UFC-də iştirakımla bağlı məsələ hələ də açıq qalıb" "Mütləq Döyüş Çempionatı (UFC) iştirakımla bağlı məsələ hələ də açıq qalıb".
Fərdi
17 May , 2022 13:51
Nəriman Abbasov: UFC-də iştirakımla bağlı məsələ hələ də açıq qalıb
Nəriman Abbasov

"Mütləq Döyüş Çempionatında (UFC) iştirakımla bağlı məsələ hələ də açıq qalıb".

Bunu "Report"a müsahibəsində Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov deyib.

Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu UFC ilə danışıqlar apardıqlarını söyləyib: "Hər şey hazır idi. Sadəcə, UFC-də belə məsələ oldu ki, yerlər, kartlar doldu. Dedilər ki, gözləyin. Bizim isə gözləmək fikrimiz yoxdur, vaxt gedir. Öz təşkilatıma qayıtmaq və bir döyüş keçirmək istədim. Bu görüşdən sonra necə olacağına baxacağıq".

Nəriman Abbasovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi