Nazir müavininin qabırğası çatlayıb
Fərdi
- 17 fevral, 2021
- 10:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.
Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".
Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".
Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.
Son xəbərlər
11:54
Azərbaycan Premyer Liqası: Cari mövsüm bir turda ilk dəfə meydan sahibləri qələbəsiz qalıb
Futbol
11:49
"Unioncamere" Azərbaycanla sənaye əməkdaşlığının genişləndirilməsini istəyir
Biznes
11:48
Nazir: "İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır"
Sənaye
11:48
Dünya Bankı Cənubi Qafqazın maliyyə sistemlərində yüksək kredit və valyuta riskləri ilə bağlı xəbərdarlıq edib
Maliyyə
11:46
İtaliyanın dövlət agentliyi Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdır
Maliyyə
11:45
Azərbaycan və İtaliya yaxın zamanlarda yeni saziş imzalayacaq
Biznes
11:43
Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər"
Biznes
11:43
Nazir: "İtaliya-Azərbaycan Universiteti akademik əlaqələrimizi möhkəmləndirəcək"
Biznes
11:28
Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır"
Biznes