Əlbəttə, idmançılardan yüksək nəticələr, qələbələr gözləyirik. Amma onları yükləmək də düzgün deyil. Çünki idmançılar da nəticə qazanmaq istəyirlər.
Bunu "Report"a açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva Paris-2024 Yay Olimpiya Oyunlarında gözləntilər barədə danışarkən deyib.
"Əgər insan nədənsə razıdırsa, o, irəli gedə bilməz. Əlbəttə, nəticədən asılı olmayaraq, bütün idmançıları dəstəkləyirik. Çünki bizim təmsilçilərimizdir və idmanımızın simalarıdır. Həmişə daha artığını istəmişik. Bu istiqamətdə də işlərimizi qururuq, təhlillər aparırıq. Hələlik hər şey plan üzrə gedir. İnanıram ki, sonda hər şey istədiyimiz kimi yekunlaşacaq", - deyə nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.