Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo yarışı keçirilib

Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo yarışı keçirilib Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U-18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.
Fərdi
20 Oktyabr , 2024 12:11
Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo yarışı keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U-18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa şəhər və rayonlardan ümumilikdə 70-dən çox idmançı qatılıb.

Yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə heyata keçirilən dövlət idman siyasətinin bəhrələrindən bəhs edib, son dövrlər yüksək dinamika ilə inkişaf edən cüdonun muxtar respublikada da populyar idman növləri sırasında olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan cüdoçuların son bir ildə ölkə və beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər bu sahədə atılan addımların məntiqli nəticəsidir.

Açılış mərasiminin ardınca yarışa start verilib. Qız və oğlan idmançılar arasında iki yaş kateqoriyası və müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Mükafatlandırma mərasimində ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi