Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib

Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib.
Fərdi
18 Oktyabr , 2024 17:30
Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib

Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının təşkilatçılığı ilə Uşaq Gənclər-İdman Məktəbində baş tutub.

İmtahanda 70-ə yaxın cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçənlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim edilib.

İmtahanın əsas məqsədi cüdoçuların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bundan başqa, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

ACF-nin geniş tərkibli nümayəndə heyətinin Naxçıvana səfəri sözügedən imtahan və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U-18 yaş kateqoriyaları üzrə muxtar respublika birinciliyi ilə əlaqədardır. Yarış oktyabrın 19-da, saat 10:00-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi