MPK-nın baş katibi: "Baş məşqçilər qoyulan vəzifələri yerinə yetirməlidir"

MPK-nın baş katibi: "Baş məşqçilər qoyulan vəzifələri yerinə yetirməlidir" Milli Paralimpiya Komitəsində (MPK) yay paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib
Fərdi
14 Sentyabr , 2021 14:40
MPK-nın baş katibi: Baş məşqçilər qoyulan vəzifələri yerinə yetirməlidir

Milli Paralimpiya Komitəsində (MPK) yay paralimpiya növləri üzrə baş məşqçilərlə iclas keçirilib.

"Report"un məlumatına görə, MPK-nın baş katibi Kamal Məmmədov Tokio-2020 Yay Paralimpiya Oyunlarında yaxşı nəticə göstərmiş idmançıların baş məşqçilərini komitə rəhbərliyi adından təbrik edib. Bundan sonra da onlardan yüksək nəticələrin gözlənildiyi vurğulanıb.

Məmmədov bildirib ki, güllə atıcılığı, pauerliftinq, taekvondo, eləcə də lisenziya gözləntisi olan kamandan oxatma və digər idman növlərinin baş məşqçiləri növbəti yarışlara daha ciddi hazırlaşmalı, qarşılarına qoyulan vəzifələri yerinə yetirməlidirlər.

İclasda 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib. Eyni zamanda, baş məşqçilərə yeni idmançıların, o cümlədən, Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinə dair işlərin həyata keçirilməsinin vacibliyi bildirilib. Mütəxəssislər Paris paralimpiadasına hazırlıq dövrü üçün fəaliyyət proqramını 10 gün ərzində hazırlayıb komitəyə təqdim etməlidir.

İclasın nəticəsi olaraq, MPK prezidenti İlqar Rəhimova Paris-2024 Yay Paralimpiya Oyunları ilə əlaqər hər idman növü üzrə baş məşqçilərin təyin edilməsi ilə bağlı təqdimat verilib.

Son xəbərlər

Orphus sistemi