MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb

MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.
Fərdi
30 Noyabr , 2019 01:15
MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı idmançı yeni nailiyyətə “UAE Warriors9”da imza atıb. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Abbasov döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş təcrübəli idmançının peşəkar karyerasında 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini əldə edib.

Son xəbərlər

Orphus sistemi