"Mingəçevir Reqatası-2023"də iştirak edəcək ölkələr açıqlanıb

"Mingəçevir Reqatası-2023"də iştirak edəcək ölkələr açıqlanıb Oktyabrın 25-də start götürəcək avarçəkmə üzrə "Mingəçevir Reqatası-2023"də 8 ölkədən 14 komanda iştirak edəcək.
Fərdi
23 Oktyabr , 2023 11:21
Mingəçevir Reqatası-2023də iştirak edəcək ölkələr açıqlanıb

Oktyabrın 25-də start götürəcək avarçəkmə üzrə "Mingəçevir Reqatası-2023"də 8 ölkədən 14 komanda iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) "Report"a verilən məlumata görə, üç gün davam edəcək yarışda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistan təmsilçiləri mübarizə aparacaqlar.

Turnirə 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı qatılacaq.

Bildirilib ki, yarışda federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməsinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Son xəbərlər

Orphus sistemi