Millimizin sabiq baş məşqçisi vəfat etdi

Millimizin sabiq baş məşqçisi vəfat etdi Azərbaycan idmanına ağır itki üz verib
Fərdi
1048
8 Dekabr , 2020 15:33
Millimizin sabiq baş məşqçisi vəfat etdi

Azərbaycan idmanına ağır itki üz verib.

"Report" xəbər verir ki, boks üzrə milli komandanın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında dünyasını dəyişib.

M.Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın Əməkdar Məşqçisi, Fəxri Bədən tərbiyəsi və İdman İşçisi, Azərbaycan Respublikasının Əməkdar İdman Xadimi, Prezident Təqaüdçüsü və Tərəqqi medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın Boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından Vətənə bir çox medallarla qayıdıb. Məmməd Eyvazovun rəhbərliyi ilə komanda Afina 2004 Yay Olimpiya Oyunlarından Vətənə 2 bürünc medal gətirib.

M.Eyvazov Azərbaycana dönməmişdən qabaq bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.

Məmməd Eyvazov
Məmməd Eyvazov

Son xəbərlər

Orphus sistemi