Mikayıl Cabbarov: “Badminton idman növü üzrə vəziyyət ürəkaçan deyil”

Mikayıl Cabbarov: “Badminton idman növü üzrə vəziyyət ürəkaçan deyil” Badminton Federasiyasının prezidenti deyib ki, bu sahədə məhdud sayda məşqçilər və oyunçular var
Fərdi
112
10 İyul , 2015 15:30
Mikayıl Cabbarov: “Badminton idman növü üzrə vəziyyət ürəkaçan deyil”

Bakı. 10 iyul. REPORT.AZ/ “İlk növbədə işimiz badminton idman növünün daha da populyarlaşdırılması olacaq. Bilirsiz ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil”.

“Report”un məlumatına görə, bunu Badminton Federasiyasının prezidenti, təhsil naziri Mikayıl Cabbarov deyib. 

O bildirib ki, bu sahədə məhdud sayda məşqçilər və oyunçular var: “Azərbaycanda 58 məşqçi və 150 oyunçu var. Təbii ki, bu, rəqəm azdır. Qısa zaman ərzində bu işin kütləviləşdirilməsi üçün zəruri işlər görüləcək. Avropa Oyunlarında Badminton idman növünün olması bu sahənin inkişaf etdirilməsini zəruri edir. Növbəti həftə bununla bağlı açıqlama veriləcək. İş elanı təsdiq olunub”.

Son xəbərlər

Orphus sistemi