"Mercedes" Hemiltonla yeni müqavilə imzaladı

"Mercedes" Hemiltonla yeni müqavilə imzaladı "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.
Fərdi
3 İyul , 2021 12:54
Mercedes Hemiltonla yeni müqavilə imzaladı
Lüis Hemilton

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.

"Report"un məlumatına görə, 36 yaşlı sürücü yeni sözləşməyə əsasən 2023-cü ilin sonunadək Almaniya təmsilçisində qalacaq.

Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton "Ferrari"nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb. O, 2013-cü ildən "Mercedes"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi