Meksika idmançısı Saul Alvares 76,2 kq çəki dərəcəsində peşəkar boksçular arasında mütləq dünya çempionu olub.
“Report” xəbər verir ki, o, Las-Veqasda (ABŞ, Nevada) keçirilən 12 raundluq dueldə, 11-ci raundda amerikalı Kaleb Plantanı nokautla məğlub edib.
Alvares bununla Dünya Boks Şurası (WBC), Ümumdünya Boks Assosiasiyası (WBA), Dünya Boks Təşkilatı (WBO) titullarını müdafiə edib.
Hazırda 31 yaşlı Alvaresin hesabında 57 qələbə (39 nokaut), 1 məğlubiyyət və 2 heç-heçə var. O, britaniyalı Kallum Smiti məğlub edərək 19 dekabr 2020-ci ildə qazandığı WBC və WBA titullarını üçüncü dəfə qoruyub.
Bundan əvvəl Alvares 69,9 kq-a qədər çəki dərəcəsində 2 və 72,6 kq-a qədər çəki dərəcəsində üç prestijli versiyada dünya çempionu titullarına sahib olub. O, ümumilikdə dörd - 69,9 kq, 72,6, 76,2 kq və 79,38 kq çəki dərəcələrində dünya çempionu olub.