Maurisio Süleyman: "İlham Əliyev xarizmaya malik böyük insandır”

Maurisio Süleyman: "İlham Əliyev xarizmaya malik böyük insandır” "Ondan aldığımız mesaj çox xoş idi"
Fərdi
5 Oktyabr , 2017 14:20
Maurisio Süleyman: İlham Əliyev xarizmaya malik böyük insandır”
Report/ Elshan Baba

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Azərbaycan prezidenti bizi çox isti qarşıladı. O, xarizmaya malik böyük insandır”.

"Report"un məlumatına görə, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman Bakıda təşkil etdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Prezident İlham Əliyevin verdiyi dəstək idmançılar üçün stimuldur. WBC-nin rəhbəri bundan sonra səfər etdikləri ölkələrdə Azərbaycanı təbliğ edəcəklərini söyləyib: “İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir. Bu səbəbdən də idmana yaxındır. Onun verdiyi dəstək idmançılar üçün stimuldur. Ondan aldığımız mesaj çox xoş idi. Hər birimiz Azərbaycanı buranın səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölklərdə Azərbaycanı tanıdacağıq və təbliğ edəcəyik”.

M.Süleyman WBC Konvensiyasının Bakıdakı faydasından danışıb. O bildirib ki, qurumun üzvü olan bir çox insanlar Azərbaycana gələrək fikir mübadiləsi aparıblar: “Hakimlər və münsüflər üçün iclaslar keçirildi. Tibb və Hüquq Komitələri bir sıra mövzüları müzakirə etdilər. Həmçinin, təhlükəsizlik məsələlərini danışdıq və 2018-ci il üçün tədbirlər planı təsdiqləndi”.

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilir. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları təşrif buyurub.

Son xəbərlər

Orphus sistemi