Mariana Vasilyeva: "Olimpiadanın qızıl medalı Azərbaycan Gimnastika Federasiyasının böyük uğurudur"

Mariana Vasilyeva: "Olimpiadanın qızıl medalı Azərbaycan Gimnastika Federasiyasının böyük uğurudur" Bakı. 25 oktyabr. REPORT.AZ/ “Olimpiadada qazanılan qızıl medal Azərbaycan Gimnastika Federasiyasının böyük uğurudur”.
Fərdi
25 Oktyabr , 2018 16:02
Mariana Vasilyeva: Olimpiadanın qızıl medalı Azərbaycan Gimnastika Federasiyasının böyük uğurudur
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Olimpiadada qazanılan qızıl medal Azərbaycan Gimnastika Federasiyasının böyük uğurudur”.

Bunu “Report”a bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva Yelizaveta Luzanın Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanmasını şərh edərkən deyib. 

Bolqarıstanlı mütəxəssis bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva istər ölkədə, istərsə də dünyada bu idman növünün inkişafına böyük töhfə verir.

M.Vasilyeva Azərbaycanın 2019-cu ildə gimnastikası üzrə bir sıra mühüm yarışlara ev sahibliyi edəcəyinə diqqət çəkib: “Milli Gimnastika Arenasında bir çox nüfuzlu turnirlər təşkil etməkdəyik. Gələn il mövsümə fevral ayından – batut və tramplin üzrə Dünya Kuboku ilə başlayırıq. Mart ayı üçün idman gimnastikası üzrə Dünya Kuboku nəzərdə tutulub. Apreldə isə analoji yarış bədii gimnastika üzrə olacaq. Həmçinin gənc idmançıların festivalını keçirəcəyik. May-iyun aylarında bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcəyik. Nəhayət, bədii gimnastika üzrə lisenziya xarakterli dünya çempionatı təşkil edəcəyik”.

Qeyd edək ki, Yelizaveta Luzan Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi