Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri rusiyalı şahmatçı ilə bölüşüb

Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri rusiyalı şahmatçı ilə bölüşüb Rusiyalı şahmatçı Yan Nepomnyaşi və norveçli qrossmeyster Kaqnus Karlsen blits üzrə dünya çempionatında biri yeri bölüşüblər.
Fərdi
1 Yanvar , 2025 09:07
Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri rusiyalı şahmatçı ilə bölüşüb

Rusiyalı şahmatçı Yan Nepomnyaşi və norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri bölüşüblər.

"Report"un məlumatına görə, ABŞ-nin Nyu York şəhərində keçirilmiş final qarşılaşmasının ilk iki oyununda Karlsen qələbə qazanıb.

Daha sonra Nepomnyaşi iki dəfə onu məyus edib. Üç əlavə görüşdə isə heç-heçə qeydə alınıb.

Ardınca norveçli şahmatçı rəqibinə dünya çempionu titulunu bölüşməyi təklif edib. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası ilk dəfə iki qrossmeysterin blits üzrə dünya çempionu olacağını açıqlayıb.

Daha əvvəl Maqnus Karlsen geyim qaydalarını pozduğu üçün rapid üzrə yarışdan kənarlaşdırılıb. O, biltsdə mübarizə aparmayacağını açıqlasa da, sonradan fikrindən daşınıb.

Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyiblər. Rapiddə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan isə Günay Məmmədzadə (23-cü yer) göstəriblər.

Son xəbərlər

Orphus sistemi