"Mançester Yunayted" İngiltərə millisinin üzvünü heyətinə qatdı

"Mançester Yunayted" İngiltərə millisinin üzvünü heyətinə qatdı Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Ceydon Sanço İngiltərənin "Mançester Yunayted" klubuna keçəcək.
Fərdi
1 İyul , 2021 11:44
Mançester Yunayted İngiltərə millisinin üzvünü heyətinə qatdı
Ceydon Sanço

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Ceydon Sanço İngiltərənin "Mançester Yunayted" klubuna keçəcək.

"Report" Bildə istinadən xəbər verir ki, Dortmund təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün "qırmızı şeytanlar"la razılıq əldə edib.

İngiltərə klubu Sanço üçün qarşı tərəfə 85 milyon avro ödəyəcək. Əlavə bonus ödənişləri isə 10 milyon avro təşkil edəcək. İngiltərə millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki. Ceydon Sanço 2017-ci ildən Dortmund "Borussiya"sının formasını geyinir.

Son xəbərlər

Orphus sistemi