Mahir Məmmədov: “Azərbaycan idman sahəsində də adını tarixə yazıb”

Mahir Məmmədov: “Azərbaycan idman sahəsində də adını tarixə yazıb” "Gürcüstan dövləti və Şahmat Federasiyası olimpiadanı yüksək səviyyədə təşkil edəcək”
Fərdi
17 Aprel , 2018 17:56
Mahir Məmmədov: “Azərbaycan idman sahəsində də adını tarixə yazıb”

Tbilisi. 17 aprel. REPORT. AZ/ “Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Ölkəmiz idman tədbirlərinin yüksək səviyyədə təşkili sahəsində böyük və zəngin təcrübəyə malikdir. Bu da beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov deyib.

M.Məmmədov Batumidə keçiriləcək 43-cü Ümumdünya Şahmat Olimpiadasının estafeti Bakıdan qəbul etdiyini xatırladıb: "Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil etməklə adını tarixə yazdı. Həmin olimpiadada rekord sayda idmançı iştirak etmişdi. Təşkilatçılıq isə xüsusilə yüksək səviyyədə olub. Bunun nəticəsində FİDE-nin yekdil qərarı ilə 42-ci Ümumdünya Şahmat Olimpiadası tarixdə ən yüksək səviyyədə təşkil olunan şahmat yarışı kimi qiymətləndirildi. Bu da Azərbaycanın idman ölkəsi kimi tanındığını bir daha sübut etdi və ölkəmiz idman sahəsində də adını tarixə yazdı”.

M.Məmmədovun sözlərinə görə, dövlət qayğısı idmançıların daha böyük uğurlar qazanmasına və beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaltmalarına səbəb olub. 

Gürcüstanın da olimpiadanı yüksək səviyyədə təşkil edəcəyinə inandığını vurğulayan M.Məmmədov deyib: “Artıq 10 ildir ki, SOCAR Gürcüstan Şahmat Federasiyasına sponsorluq edir. Bunun nəticəsində gürcü şahmatçılar da beynəlxalq yarışlarda uğur qazanırlar. Ümid edirəm ki, Gürcüstan dövləti və Şahmat Federasiyası bu yarışı yüksək səviyyədə təşkil edəcək”.

Qeyd edək ki, 43-cü Ümumdünya Şahmat Olimpiadası 23 sentyabr - 6 oktyabrda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi