Lorenzo Sotomayor Tokio-2020-yə lisenziya qazanıb
Fərdi
- 06 iyun, 2021
- 13:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.
Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.
Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionov məğlub edib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Son xəbərlər
06:28
"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək
Digər ölkələr
05:48
Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
Digər ölkələr
05:12
Gündəlik maqnezium normasını tamamlamağa kömək edən məhsul açıqlanıb
Sağlamlıq
04:53
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Digər ölkələr
04:28
Dubay yaxınlığında tankerin ətrafında naməlum mərminin partlaması qeydə alınıb
Digər ölkələr
03:51
ABŞ-də Nvidia rəhbərinin vəzifəsinə qaytarılması üçün xüsusi qanundan istifadə müzakirə edilib
Digər ölkələr
03:08
Foto
Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Maraqlı
02:43
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
İKT
02:10
Foto
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Futbol