Lebron Ceyms növbəti dəfə NBA-da rekorda imza atıb

Lebron Ceyms növbəti dəfə NBA-da rekorda imza atıb Təcrübəli oyunçu tarixə düşdü
Komanda
1 Fevral , 2023 09:08
Lebron Ceyms növbəti dəfə NBA-da rekorda imza atıb

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms növbəti dəfə Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb.

"Report"un məlumatına görə, 39 yaşlı idmançı buna "Nyu-York Niks"i 129:123 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Qarşılaşmada tripl-dablla (28 xal, 10 ribaund, 11 assist) yadda qalan təcrübəli oyunçu NBA tarixində 20 mövsümün hər birində bunu bacaran ilk basketbolçudur.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu adına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi