​Azərbaycanlı kikboks ustası Türkiyə peşəkar rinqinin əsas döyüşünə çıxacaq - VİDEO

​Azərbaycanlı kikboks ustası Türkiyə peşəkar rinqinin əsas döyüşünə çıxacaq - VİDEO Turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq
Fərdi
222
7 Yanvar , 2015 12:53
​Azərbaycanlı kikboks ustası Türkiyə peşəkar rinqinin əsas döyüşünə çıxacaq - VİDEO
Bakı. 07 yanvar. REPORT.AZ/ Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyənin peşəkar rinqinin əsas döyüşünə çıxacaq.

"Report"un məlumatına görə, fevralın 28-də İstanbulun "Sinan Erdem" arenasında baş tutacaq turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq. Lakin 15 min tamaşaçı tutumlu arenada günün həlledici döyüşü məhz Zabit Səmədovla Türkiyəli idmançı Mert Akın arasında keçiriləcək.

Z.Səmədov "Report"-a açıqlamasında bildirib ki, artıq döyüşün məşqlərinə start verib və yanvarın 20-də məşq toplanışını keçmək üçün Tailanda yollanacaq.

Azərbaycanlı idmançı daha öncə Türkiyəli idmançılardan Erhan Denizi 2006-cı ildə Dünya Çempionatının yarımfinalında məğlub etmişdi, 2011-ci ildə isə Ali Cenik ilə Moskvada bərabər qalmışdı.

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib. Döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub.

Zabit Səmədovun sonuncu döyüşünün video-görüntülərini təqdim edirik.

Son xəbərlər

Orphus sistemi