KİV: Azərbaycandakı yarış ləğv edilir, Rusiya və İtaliyada iki Qran-pri keçiriləcək

KİV: Azərbaycandakı yarış ləğv edilir, Rusiya və İtaliyada iki Qran-pri keçiriləcək "Formula 1" üzrə dünya çempionatının 2020-ci il mövsümü üçün indiyəqədərki ən çətin təqvim hazırlanır.
Fərdi
5 İyun , 2020 09:52
KİV: Azərbaycandakı yarış ləğv edilir, Rusiya və İtaliyada iki Qran-pri keçiriləcək

"Formula 1" üzrə dünya çempionatının 2020-ci il mövsümü üçün indiyəqədərki ən çətin təqvim hazırlanır.

"Report" "Autosport.pt" saytına istinadən xəbər verir ki, bəzi Qran-prilərin taleyi qeyri-müəyyən olaraq qalır və onların ləğv ediləcəyi istisna deyil. Bunun üçün yeni həll yolları nəzərdən keçirilməlidir.

Nəşr bildirir ki, həll yollarından biri Rusiyanın Soçi şəhərində iki yarışın keçirilməsidir. Rusiya tərəfi buna hazır olduğunu və iki mərhələyə ev sahibliyi etmək fikrini qəbul etdiklərini vurğulayıb. Artıq Soçidə infrastruktur hazırlanır. Yarışın keçiriləcəyi avtodroma yaxın çoxlu hotel var. Bu səbəbdən, bütün komandaların əməkdaşlarının sosial məsafəni qorumaq işi asanlaşacaq.

İtaliya Montsadan əlavə başqa bir yarış da keçirmək niyyətindədir və buna hazır olduğunu söyləyib. Almaniya Qran-prisinin də təqvimə əlavə edilməsi gündəmdədir.

Digər tərəfdən, Kanada, Azərbaycan və Sinqapurdakı yarışların şəhər trasında keçirilməsi səbəbindən ləğvi gündəmdədir.

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi