Keçmiş UFC çempionu həbs olunub

Keçmiş UFC çempionu həbs olunub Yüngül çəkidə UFC kəmərinin keçmiş sahibi Çak Liddell həbs edilib.
Fərdi
11 Oktyabr , 2021 19:56
Keçmiş UFC çempionu həbs olunub
Çak Liddell

Yüngül çəkidə UFC kəmərinin keçmiş sahibi Çak Liddell həbs edilib.

"Report" TMZ-yə istinadən xəbər verir ki, ABŞ-dan olan veteran idmançı məişət zorakılığında şübhəli bilinir.

İddiaya görə, 51 yaşlı keçmiş çempion həyat yoldaşının polisə müraciətindən sonra Los-Ancelesdəki şəxsi evində saxlanılıb. Cütlük əvvəlcə mübahisə edib. Sonra münaqişə davaya çevrilib. Hazırda Liddelin həbsdə olduğu və sərbəst buraxılması üçün 20 000 ABŞ dolları tələb edildiyi bildirilib.

Daha əvvəl orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons eyni səbəbdən həbs olunub.

Qeyd edək ki, Çak Liddell 2009-cu ilin iyulunda Şöhrət Zalına daxil edilib. O, 1998 - 2010-cu illərdə UFC-də döyüşüb. 2005 - 2007-ci illərdə çempionluq kəmərinə sahib çıxan döyüşçü keçirdiyi 30 görüşün 21-də qələbə qazanıb, 9-da isə uduzub.

Son xəbərlər

Orphus sistemi