İsrail idmançısı iki il müddətinə diskvalifikasiya edilib
- 30 oktyabr, 2024
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Dopinq Test Agentliyi İsrail ağır atleti Stanislav Maznitsını 2 il müddətinə diskvalifikasiya edib.
"Report"un "Israel Hayom"a istinadən məlumatına görə, agentlik bu addımı Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən atıb.
İdmançının kənarlaşdırılmasına səbəb olan dopinq testi 2014-cü il noyabrın 15-də Rusiya çempionatı zamanı götürülüb. Diskvalifikasiya qərarı bu il oktyabrın 8-dən etibarən qüvvəyə minib.
İsraili Ağır Atletika Federasiyası idmançının yarışlardan uzaqlaşdırılmasına etiraz etmək niyyətindədir.
Qeyd edək ki, 2022-ci ildən İsrail bayrağı altında çıxış edən 28 yaşlı rusiyalı idmançı 2017-ci ildə Rusiya Kubokunun qalibi, 2019-cu ildə gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı olub.